Əsir hərbçilərimizlə bağlı yeni xəbər...

Əsir hərbçilərimizlə bağlı yeni xəbər... Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçilərlə görüşüb.
Azərbaycanlı hərbçilərdən birinə qolubağlı vəziyyətdə işgəncə verilməsi barədə kadrları sosial şəbəkələrdə yayan ermənilər indi də gülünc fikirlər yayıblar.
İddia olunub ki, ombudsmanla görüşdə azərbaycanlı əsgərlər işgəncələrdən şikayət etməyiblər. Ombudsman onların saxlanma şəraiti, hüquqlarına riayət olunması haqda məlumat alıb.
“İşgəncə və pis rəftarla bağlı həbs olunanların heç biri dövlət qurumları və məmurlardan şikayətçi olmayıb. Onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. Zəruri hallarda onlara tibbi yardım göstərilir, onlarla pulsuz ictimai müdafiəçi və tərcüməçi işləyir”, - məlumatda bildirilir.

Tehsil-press.az



Oxşar xəbərlər