BDU tələbələri arasında keçirilən stolüstü tennis turnirinin qalibləri mükafatlandırılıb

BDU tələbələri arasında keçirilən stolüstü tennis turnirinin qalibləri mükafatlandırılıb Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində tələbələr arasında stolüstü tennis turniri keçirilib.
Turnir gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək və idmanın təşviqi məqsədilə təşkil olunub.
Turnirin nəticələrinə uyğun olaraq qızlar arasında I yeri Xədicə Hüseyn, II yeri Fatimə Ələkbərova, III yeri Nərmin Rüstəmli, oğlanlar arasında isə I yeri Şaban Bağmanov, II yeri Zülfüqar Muxtarlı, III yeri Murad Safalı tutublar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, digər iştirakçılara isə sertifikatlar verilib.

Tehsil-press.az




Oxşar xəbərlər