Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
Gənclər və yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyi şəxsi və komanda xarakteri daşıyır.
Çempionatda ölkənin müxtəlif bölgələrindən 13 qız və 12 oğlan komandası olmaqla 100-dən çox idmançı iştirak edir.
Yarışlar martın 16-dək davam edəcək, qalib idmançılara və onların məşqçilərinə diplom və mükafatlar təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər