ADPU-nun tələbələri intellektual yarışın qalibi olublar

ADPU-nun tələbələri intellektual yarışın qalibi olublar Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə II regionlar kubokunun Şamaxı seçim turu keçirilib. Yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının komandaları qalib gəlib.
Filialın “İstiqlal” komandası I yeri, “Mübarizlər” komandası II yeri, “Sparta” komandası isə III yeri tutub. Qalib komandalar noyabrın 16-da Şəki şəhərində keçiriləcək final oyununa vəsiqə qazanıb.
Qeyd edək ki, yarışda rayonun 18 komandadan ibarət 108 gənci iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər