BDU-nun tələbələrdən ibarət futbol komandasının üzvləri ilə görüş

BDU-nun tələbələrdən ibarət futbol komandasının üzvləri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun tələbələrdən ibarət futbol komandasının üzvləri ilə görüşüb.
Görüşdə çıxış edən rektor E.Babayev bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində BDU-da həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, sağlam həyat tərzinin təbliği, tələbələrin idmanla mütəmadi məşğul olmalarına şəraitin yaradılması, respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarının təmin edilməsi prioritet istiqamətlərdəndir.
Rektor BDU-nun futbol komandasının üzvlərini qazandıqları ardıcıl qələbələr münasibətilə təbrik edib, komandanın uğurlarının qürurverici olduğunu bildirib.
Komandanın baş məşqçisi Cavid Rəhimov və kapitan Ədalət Qafarov keçirilən yarışlar barədə məlumat verib, yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Sonda rektor tərəfindən futbolçulara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, BDU-nun futbol komandası bu ilin may ayında Yasamal Rayon Gənclər və İdman İdarəsi və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan futbol yarışında I yeri, Tələbə Gənclər Təşkilatları İttifaqı və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 May - Ümumdünya Tütünlə Mübarizə Gününə həsr edilən yarışda I yeri, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol üzrə çempionatda II yeri tutub.

Tehsil-press.az



Oxşar xəbərlər