ÜST: Dünyada meymun çiçəyinə azı 643 yoluxma halı qeydə alınıb

ÜST: Dünyada meymun çiçəyinə azı 643 yoluxma halı qeydə alınıb İndiyədək dünyanın 26 ölkəsində meymun çiçəyi infeksiyasına azı 643 yoluxma halı qeydə alıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkxove bildirib.
“Yoluxma halları ÜST-in dörd regionundakı 26 ölkədə aşkarlanıb. Hazırda bu ölkələrdə 650-643 təsdiqlənmiş yoluxma halı, bundan əlavə ehtimal edilən və çoxlu miqdarda şübhəli hallar var”, - deyən ÜST nümayəndəsi əlavə edib ki, həmin yoluxmalar mayın 13-dən iyunun 1–dək qeydə alınıb.
Təşkilatın məlumatına görə, ən çox yoluxma Böyük Britaniyada (190 nəfər) İspaniyada (142), Portuqaliyada (119) və Almaniyada (44) baş verib.
Meymun çiçəyi nadir virus infeksiyasıdır. Xəstəlik çox vaxt yüngül keçir və pasiyentlərin əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Yüksək hərarət, baş və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, bel ağrıları, titrətmə və yorğunluq xəstəliyin ilk simptomlarıdır. Əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmə əmələ gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər