Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclasında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.
“Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - deyə S.Lavrov vurğulayıb.
ABŞ tərəfinin Rusiyadan olan jurnalistlərə viza verməkdən imtina etməsi faktını dünən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O əlavə edib ki, ABŞ-ın Rusiyadakı səfirliyi bu vəziyyəti həll etmək üçün çalışır. M.Zaxarovanın sözlərinə görə, söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır.
Qeyd edək ki, aprelin 25-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması mövzusunda nazirlər səviyyəsində iclası keçiriləcək.
Tehsil-press.az