Lavrov Nalbandyanla görüşdü - Qarşıdurma xəttindəki vəziyyət barədə danışdılar

Lavrov Nalbandyanla görüşdü - Qarşıdurma xəttindəki vəziyyət barədə danışdılar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, nazirlər arasında görüş qısa davam edib.
XİN rəsmisi qeyd edib: “Görüşdə əsasən qoşunların qarşıdurma xəttində vəziyyət müzakirə olunub”.
Qeyd edək ki, Ermənistan XİN rəhbəri E.Nalbandyan bu gün Moskvaya gəlib.

Tehsil-press.az

Oxşar xəbərlər