Lavrov Azərbaycana gəlir

Lavrov Azərbaycana gəlir Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana işgüzar səfər edəcək.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
S.Lavrovun Bakıda xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.
"İyunun 23-24-də xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək. Onun azərbaycanlı həmkarı görüşü planlaşdırılır. Görüş zamanı fevralın 22-də Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamənin müddəalarına uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulur", - deyə o bildirib.
M.Zaxarova əlavə edib ki, nazirlər, həmçinin, bir sıra regional və beynəlxalq məsələləri müzakirə edəcək, əsas diqqət 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmaların icrasına yönələcək.

Tehsil-press.az


Oxşar xəbərlər