Nazir elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı təklifə münasibət bildirib

Nazir elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı təklifə münasibət bildirib Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrdə magistraturaların ləğvi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifə münasibət bildirib.
O, jurnalistlərə açıqlamasında hələ magistraturaya qəbul planının elan olmadığını xatırladıb.
"Amma bildiyiniz kimi, bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika, Kimya İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə siz də biləcəksiniz", - E.Əmrullayev bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər