Bill Klinton: Putin Ukraynaya hücuma 2011-ci ildən hazırlaşırdı

Bill Klinton: Putin Ukraynaya hücuma 2011-ci ildən hazırlaşırdı ABŞ-ın keçmiş prezidenti Bill Klinton Financial Times qəzetinin müxbirinə 2011-ci ildə İsveçrənin Davos şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşünün təfərrüatlarını açıqlayıb.
Klintonun sözlərinə görə, hələ o vaxt Putinlə söhbətdən sonra Rusiyanın Ukraynaya hücum edəcəyini anlayıb.
O xatırlayır ki, Rusiya prezidenti adi söhbətdə onun təcavüzkar simasına daha yaxından bələd olub. Xüsusilə, Putin, sələfi Boris Yeltsinin ABŞ-ın vasitəçiliyi ilə bağladığı razılaşmaya əməl etməyəcəyini açıqladı. Həmin razılaşmaya əsasən Rusiya Kiyevin sovet dövründəki nüvə arsenalından imtina etməsi müqabilində Ukraynanın ərazi suverenliyinə hörmət etməyi öhdəsinə götürmüşdü.
"Vladimir Putin mənə 2011- ci ildə - Krımı ələ keçirməsindən üç il əvvəl Boris Yeltsin ilə bağladığım razılaşma ilə razılaşmadığını söylədi. Dedi:"Mən bununla razı deyiləm, bunu dəstəkləmirəm və ya özümü bu müqavilə ilə əlaqəli hesab etmirəm." Və o gündən bəri Ukraynaya qarşı bu müharibənin yalnız bir zaman məsələsi olduğunu bilirdim",- deyə Bill Klinton xatırlayır.
Ərinin Financial Times müxbiri ilə söhbətində iştirak edən Hillari Klinton, Rusiyanın Ukraynaya olan iddialarının yalnız Ukraynanın bu müharibədəki tam qələbəsi ilə sona çatacağını söylədi.

Tehsil-press.az



Oxşar xəbərlər