Türkan Gündüzü qətlə yetirən ərinin ifadəsi məlum oldu

Türkan Gündüzü qətlə yetirən ərinin ifadəsi məlum oldu Mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Yafəs qızı Gündüzü qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1967-ci il təvəllüdlü M.Gündüz barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib. O bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini qeyd edib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.

Tehsil-press.az



Oxşar xəbərlər