“İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Əfv sərəncamları və Amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu humanizm siyasəti son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarixi günlərdə, bayram ərəfələrində əfv sərəncamlarının imzalanması, Amnistiya aktlarının qəbulu artıq ənənəvi hal alıb”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin 8 may 2023-cü il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı da bu qəbildəndir.
“Prezident İlham Əliyevin 8 may 2023-cü il tarixli Sərəncamına əsasən 801 məhkum əfv olunub. Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunub. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək”.
Vüqar Rəhimzadə bildirib ki, qeyd edilənlər fonunda göründüyü kimi, bütün hallarda dövlət öz vətəndaşının yanındadır:
“Düşünürük ki, dövlətin bu humanist addımının şamil olunduğu məhkumlar bağışlanmalarından nəticə çıxaracaq, qalib ölkənin vətəndaşı olaraq Azərbaycanımızın qarşıdakı illərdə daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərəcəklər. Sənədin məhz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı olması ikiqat məsuliyyətdir. Dahi şəxsiyyət Azərbaycanın bugünkü reallıqlarının müəllifidir. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın tarixi Zəfərini şərtləndirdi. Bu gün Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olması, Zəfəri ilə yeni reallıqlar yaratması, ədalətin və beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya bəyan etməsi məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi insan hüquq və azorunması dövlət siyasətinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.
Tehsil-press.az