Dövlət-din münasibətlərinin yüksək səviyyədə olması Ümummilli Liderin xidmətlərinin nəticəsidir

Dövlət-din münasibətlərinin yüksək səviyyədə olması Ümummilli Liderin xidmətlərinin nəticəsidir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.
Əvvəlcə institutun kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. Milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına dahi rəhbər Heydər Əliyevin xüsusi önəm verdiyini vurğulayan rektor dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının məhz Ümummilli Liderin xidmətlərinin nəticəsi olduğunu deyib.
İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa “Azərbaycan tarixində şəxsiyyət faktoru” mövzusunda çıxış edib. Məruzəçi Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə Azərbaycan dövlətçilik tarixi fonunda nəzər salıb.
R.Mustafa dahi rəhbər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib. O, ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər