Ötən ay AzMİU-nun Abituriyent Məsləhət Mərkəzində 276 müraciətə baxılıb

Ötən ay AzMİU-nun Abituriyent Məsləhət Mərkəzində 276 müraciətə baxılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Abituriyent Məsləhət Mərkəzinə aprel ayı ərzində ümumilikdə 276 müraciət daxil olub.
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 4-dən 25-dək orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu və aprelin 15-dən mayın 5-nə kimi isə I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı aparılıb. Bu müddətdə mərkəzə müraciət sayında artım müşahidə olunub.
O qeyd edib ki, daxil olan müraciətlərin 190-ı telefonla cavablandırılıb, 70 nəfərin ərizəsi təsdiq edilib, 14 nəfərin müraciəti isə sənəd qəbulu komissiyasına yönləndirilib. Bundan əlavə, 2 nəfərin doktorantura səviyyəsinə qeydiyyatı aparılıb.
“Müraciət edənlər arasında ali məktəblərə və 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə yanaşı, valideynlər və subbakalavrlar da olub. Abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında texniki dəstək və məsləhət xidməti göstərilib. Magistratura və doktoranturaya da sənəd qəbulu zamanı elektron ərizələrin doldurulması prosesi həyata keçirilib”, - deyə Aynurə Bayramova əlavə edib.
Qeyd edək ki, ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzi Dövlət İmtahan Mərkəzi ilə AzMİU arasında əldə olunmuş razılığa əsasən yaradılıb. Həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərən müraciətlərə interaktiv baxılır.

Tehsil-press.az



Oxşar xəbərlər