Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzində iki gün ərzində 146 abituriyentə məsləhət xidməti və texniki dəstək göstərilib. 72 abituriyentin ərizəsi təsdiqlənib. Mərkəzə müraciət edənlər arasında ali məktəblərə və 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə yanaşı valideynlər və subbakalavrlar da olub.
ARB və Lider Televizyası məsləhət mərkəzinin fəaliyyətini işıqlandırıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 6-dək davam edəcək. İxtisas seçimi edəcək abituriyent və subbakalavrlar Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz, Dövlət İmtahan Mərkəzi ilə Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən yaradılıb və artıq 2 ildir ki, fəaliyyət göstərir.
Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik və məsləhət xidməti göstərirlər.
Mərkəz həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71
Tel.: (+994 12) 431 41 12 (172)

Mətbuat Xidməti