Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə “Təhsildə süni intellekt” mövzusunda təqdimat keçirib.
Sərxan Talıbzadə təqdimatında süni intellektlə bağlı nəzəri və praktik tendensiyaları diqqətə çatdırıb. Süni intellektin imkanlarından istifadə edərək universitetdə bir sıra sahələr üzrə səmərəliləşdirmə yolları təklif edilib. Qeyd olunub ki, idarəetmə, qərar qəbuletmə, planlaşdırma, plagiatlığa qarşı mübarizə və bu kimi məsələlər üzrə iş prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Sərxan Talıbzadə iştirakçıların suallarını cavablandırıb və toxunulan məsələlərlə bağlı lokal müzakirələr təşkil olunub. Qeyd edilib ki, universitetdə süni intellektin imkanlarından effektiv yararlanmaq məqsədilə laboratoriyanın yaradılması və bu istiqamətdə tədqiqatların genişləndirilməsi vacibdir.
Tehsil-press.az