Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda süni intellekt (Artificial intelligence powering 5G_6G Road) üzrə onlayn görüş keçirilib.
Görüşdə Ali Simsiz 5G Şəbəkələrinin Modelləşdirilməsi Elmi Mərkəzinin direktoru Muthanna Ammar Saleh iştirakçılara təhsilin, tibbin keyfiyyətini dəyişdirəcək və iqtisadiyyatın demək olar, bütün sahələrində əmək məhsuldarlığını kökündən artıracaq yeni imkanlar haqqında danışıb. Professorun sözlərinə görə, süni intellekt müəyyən vəzifələri yerinə yetirmək üçün insan davranışını təqlid edə bilən və alınan məlumatlardan istifadə edərək tədricən öyrənə bilən bir sistem və ya maşındır. Süni intellekt bir format və ya funksiya deyil, bir prosesdir, məlumatları düşünmək və analiz etmək qabiliyyətidir. Bir çox insanlar “süni intellekt” sözündən dünyanı ələ alan ağıllı robotların olduğunu düşünsələr də, əslində süni intellekt insanları əvəz etməyi nəzərdə tutmur. Məqsəd insan qabiliyyət və imkanlarının sərhədlərini genişləndirməkdir. Buna görə də bu texnologiya qiymətli bir iş mənbəyidir.
Tehsil-press.az