Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevi vuraraq çənəsini sındıran peşəkar idmançı Rəvan Nəbizadə barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayon Məhkəməsində qərar elan edilib.
Qərara görə, Rəvan Nəbizadənin barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəvan Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Zərərçəkmiş Namiq Babayev keçmiş XTQ mənsubudur. “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.
Tehsil-press.az