Gürcüstan epidemioloqları bu il ölkədə suçiçəyi xəstəliyinin artacağı barədə xəbərdarlıq ediblər

Gürcüstan epidemioloqları bu il ölkədə suçiçəyi xəstəliyinin artacağı barədə xəbərdarlıq ediblər Gürcüstan epidemioloqları bu il ölkədə suçiçəyi xəstəliyinin artacağı barədə xəbərdarlıq ediblər.
Bu barədə jurnalistlərə Gürcüstanın İmmunizasiya üzrə Məsləhət Qrupunun rəhbəri İvane Çixeidze məlumat verib.
O deyib ki, bu, təbii bir prosesdir, epidemiya 5 ilə qədər fasilələrlə dövri olaraq baş verir. Son epidemiya 2018-ci ildə olub və həmin ildə rəsmi olaraq 10 106 yoluxma halı qeydə alınıb. Adi illərdə isə bu rəqəm 3-4 min arasında dəyişib.
Epidemioloq deyib ki, qızılcadan fərqli olaraq, varikella peyvəndi məcburi deyil və milli immunizasiya cədvəlinə daxil edilmir. Uşaqlarda xəstəlik çox vaxt yüngül keçir və onlar ömür boyu immunitet alırlar. Yetkinlik dövründə isə “uşaq suçiçəyi”nə dözmək daha çətindir.
Onun sözlərinə görə, Gürcüstanda uşaqlara suçiçəyinə qarşı peyvənd yalnız özəl immunizasiya mərkəzlərində edilə bilər.
Suçiçəyi xəstəliyinin alovlanması qızılca xəstəliyinin ağır proqnozu ilə üst-üstə düşür. Son beş il ərzində uşaqların 20 faizdən çoxu peyvəndin tam məcburi ikiqat kursunu tamamlamamışdır və onların ən azı 10 000-i (on min) risk altındadır.
Baş immunoloqun sözlərinə görə, Gürcüstan Səhiyyə Nazirliyi valideynləri peyvənddən imtina etməməyə və qızılcaya qarşı vaxtında peyvənd etməyə çağırır. Suçiçəyi xəstəliyindən fərqli olaraq, qızılca daha təhlükəli xəstəlikdir, daha tez-tez ağırlaşmalara səbəb olur və statistikaya görə, ölüm halları daha yüksəkdir.

Tehsil-press.az


Oxşar xəbərlər