Transseksualların tutulmasına görə insident törədənlər saxlanıldı

Transseksualların tutulmasına görə insident törədənlər saxlanıldı Bakıda iki transseksualın xuliqanlıq əməlinə görə saxlanılmasından sonra onların buraxılmasını tələb edən şəxslər polis şöbəsinin qarşısında toplaşıb.
Mayın 23-ü saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz məqsədilə səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətiriliblər. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.
Əldə etdiyimiz məlumata görə, saxlanılan 7 nəfər də cinsi azlıq nümayəndələridir.
Qeyd edək ki, mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən hotellərin birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini, 1979-cu il təvəllüdlü şəxsi döyüblər, həmçinin hoteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər. Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər