Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərarda deyilir:
1.6.7.3-cü yarımbəndə "təkrarlayır" sözündən sonra ", həmçinin elektron qolbağın açılması və ya ərazi məhdudiyyətinin pozulması halları mövcud olduqda, bununla bağlı dərhal məsul icra məmuruna (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinə məlumat verir" sözləri əlavə edilsin.

2. 6.7.4-cü yarımbəndə "olmadıqda," sözündən sonra "bu Qaydaların 6.7.3-cü yarımbəndində nəzərdə tutulmayan digər pozuntularla bağlı" sözləri əlavə edilsin və həmin yarımbənddə "onun" sözü "aşkar edilmiş bütün pozuntuların" sözləri ilə əvəz edilsin.
Həmçinin oxuyun: Gözlərimə inana bilmirəm ki, Prezident İlham Əliyev 9 il 9 ay cəzamı bağışladı - Əfv edilmiş məhkum
3. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"8.2. Aşağıdakı hallarda elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərindən icra məmurunun (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinin əsaslandırılmış qərarı ilə müvəqqəti çıxarılır:
8.2.1. tibb müəssisəsinin rəyinə əsasən nəzarət subyektinə tibbi yardım göstərilməsi zərurəti olduqda;
8.2.2. barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;
8.2.3. barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;
8.2.4. nəzarət subyekti alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.".
4. Aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:
"8.2-1. Bu Qaydaların 8.2.1-8.2.4-cü yarımbəndlərində qeyd olunan hallar aradan qalxdıqda və bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallar olmadıqda, elektron nəzarət vasitəsi şəxsə yenidən tətbiq olunur.".
Tehsil-press.az