Şoyqu: Belarusda nüvə silahına nəzarət və istifadə qərarı Moskvanın ixtiyarındadır

Şoyqu: Belarusda nüvə silahına nəzarət və istifadə qərarı Moskvanın ixtiyarındadır Rusiya Belarus ərazisində strateji olmayan nüvə silahı yerləşdirərək onu respublikaya təhvil vermir, ona nəzarət və istifadə qərarı Moskvanın ixtiyarındadır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Rusiya nüvə silahını Belarus Respublikasına təhvil vermir: ona nəzarət və istifadə qərarı Rusiya tərəfinin ixtiyarındadır" deyə Şoyqu Rusiya qeyri-strateji nüvə silahlarının respublika ərazisində xüsusi anbarda saxlanılması qaydasını müəyyən edən sənədlərin imzalanması zamanı vurğulayıb.
. Belarus tərəfdən sənədləri respublikanın müdafiə naziri Viktor Hrenin imzalayıb.
Bununla yanaşı, Şoyqu qeyd edib ki,gələcəkdə Birlik dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər