Rusiya Belarus əsgərlərinə nüvə raketləri üzrə təlim keçəcək

Rusiya Belarus əsgərlərinə nüvə raketləri üzrə təlim keçəcək Rusiya Belarus əsgərlərinə nüvə raketləri ilə təchiz edilmiş sistemlərin istifadəsi üzrə təlimlər keçirməyə başlayacaq.
Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama yayıb.
Şoyqu həmçinin Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyini bildirib.
“Artyomovsk, Avdiyivka şəhərlərinin bölgələrində, Limansk və Kupyansk istiqamətlərində qarşıdurmalar sistematik şəkildə inkişaf edir. Ukraynanın hərbi obyektlərinə qarşı yüksək dəqiqlikli silahlarla hücumlar həyata keçiririk. Hücumlar nəticəsində bəzi silah istehsalı və Ukrayna Silahlı Qüvvələrinə yanacaq tədarükü dayandırılıb”, - deyə Şoyqu əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər