AzTU tələbələrinin sahəvi tədqiqatlarda iştirakı genişləndirilir

AzTU tələbələrinin sahəvi tədqiqatlarda iştirakı genişləndirilir Azərbaycan Texniki Universiteti (AzTU) ilə ölkəmizin 16 şəhər və rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata keçirilməsinə başlanılıb.
Bu məqsədlə ilkin mərhələdə sorğu və monitorinqlərin təşkili üçün Nəqliyyat və logistika fakültəsində logistika və nəqliyyat texnologiyaları, yerüstü nəqliyyat vasitələri mühəndisliyi, nəqliyyat mühəndisliyi, nəqliyyatda servis və nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 78 tələbədən ibarət sorğu (anketorlar) qrupları formalaşdırılıb.
Tələbələr tədqiqat sahəsinə uyğun ixtisas üzrə bakalavr və ya magistr təhsili alması, təhsildə fərqlənməsi, universitetin ictimai işlərində fəallığı, layihədə həll olunması nəzərdə tutulan məsələlərə marağı, intellektual səviyyəsi, respondentlərlə ünsiyyət qurma və komandada işləmə bacarığı, ərazini yaxşı tanıması və s. meyarlar əsasında seçilib.
Sorğu və monitorinqin keçirilməsi üçün seçilmiş tələbələr üçün hazırlıq təlimləri təşkil edilib, onların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər