Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus+KA2” proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi üzrə yaradılan CRENG ofisi və laboratoriyası tələbələrin istifadəsinə verilib.
Logistika və Nəqliyyat İnstitutunun nəzdində yaradılan CRENG ofisi və laboratoriyası layihə çərçivəsində satın alınan müasir kompüterlərlə təchiz edilib. Layihəyə uyğun olaraq yaradılan “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” magistr proqramı üzrə təhsil alan tələbələr laboratoriya dərslərini CRENG laboratoriyasında keçəcəklər.
Ofisin fəaliyyət istiqamətlərinə nəqliyyat sektorunda mövcud problemlərin araşdırılması və tədqiq edilməsi daxildir. Bu işlərin həyata keçirilməsinə tələbələr də cəlb olunacaq.
CRENG ofisində nəqliyyat sektorunu təmsil edən mütəxəssislərin ixtisasartırma təlimlərinin təşkili də nəzərdə tutulur.
Tehsil-press.az