Nazir Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbdə olub

Nazir Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbdə olub Elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbdə olub.
Təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib. Emin Əmrullayev daha sonra məktəbin olimpiada və buraxılış imtahanlarında uğur qazanmış şagirdləri, eləcə də Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi ilə görüşüb.
Nazir, həmçinin məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində yaradılmış şəraitlə tanış olub, pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayıb.
Qeyd edək ki, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəb 720 şagird yerlikdir. 2021-ci ildə istifadəyə verilən yeni məktəb binası üçmərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Tədris ocağında 752 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur.

Tehsil-press.az


Oxşar xəbərlər