Təhsil Nazirliyi: Budəfəki fotorubrika Gəncədəki 14 nömrəli tam orta məktəbə həsr olunub

Təhsil Nazirliyi: Budəfəki fotorubrika Gəncədəki 14 nömrəli tam orta məktəbə həsr olunub Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki fotorubrika Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbə həsr olunub.
1975-ci ildən fəaliyyət göstərən məktəb 2017-ci ildə əsaslı şəkildə təmir olunub. Hazırda ümumi təhsil müəssisəsində 1221 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 88 müəllim məşğul olur.
2018-2019-cu tədris ilində məktəbin texniki və təbiət təmayüllü sinfini bitirən 21 məzundan 19-u tələbə adını qazanıb.
“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.


Tehsil-press.az

Oxşar xəbərlər