Ciorcia Meloni ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Ciorcia Meloni ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub İtaliyanın Baş naziri Ciorcia Meloni və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
İtaliya Nazirlər Şurasının məlumatına görə, C.Meloni Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Telefon danışığı zamanı müttəfiq ölkələr kimi fəaliyyətə davam etməyin və sıx ikitərəfli münasibətlərin əhəmiyyəti vurğulanıb, liderlər tərəfdaşlıq və əməkdaşlığı bərpa etmək üçün güclü iradə ifadə ediblər.
Həmçinin tezliklə yenidən görüşmək imkanının olacağına ümid ifadə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər