Səudiyyə Ərəbistanı Ukraynadakı müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyir

Səudiyyə Ərəbistanı Ukraynadakı müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyir Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında problemlərin sülh yolu ilə həllinə və müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyini bir daha təkrarlayıb.
Bununla bağlı bəyanat Krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhanın rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə səsləndirilib. Səudiyyə Ərəbistanının naziri qeyd edib ki, onun ölkəsi “Ukraynadakı müharibəyə siyasi həll yollarının tapılmasına yönəlmiş regional və beynəlxalq səyləri dəstəkləmək öhdəliyini təkrarlayır”. O əlavə edib ki, bu təklif Ukraynanın xarici siyasət idarəsinə də göndərilib.
BRICS toplantısında iştirak etmək üçün Cənubi Afrikanın Keyptaun şəhərində səfərdə olan Səudiyyə Ərəbistanı və Rusiyanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran bir çox sənədlər üzrə ikitərəfli və çoxtərəfli fəaliyyətin konsolidasiyasını müzakirə etməklə yanaşı, hər iki ölkə və xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin aspektlərini, onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Onlar qeyd ediblər ki, “Qarşılıqlı sürətləndirilmiş artım, davamlı inkişaf və inklüziv çoxtərəflilik naminə tərəfdaşlıq” mövzusunda keçirilən BRICS toplantısı qlobal problemlərin həlli baxımından mühüm siyasi tədbirdir.

Tehsil-press.az



Oxşar xəbərlər