Azərbaycan və Səudiyyə Ərəbistanı 8 yeni saziş üzərində işləyir - Nazir

Azərbaycan və Səudiyyə Ərəbistanı 8 yeni saziş üzərində işləyir - Nazir Azərbaycan və Səudiyyə Ərəbistanı 8 yeni sazişin imzalanması üzərində işləyir.
Bu barədə Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov bildirib: "Bu günə qədər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində 20 sənəd imzalanıb, tərəflər 8 yeni sənəd üzərində işləyirlər".
Daha sonra nazir qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yaxın münasibətlər mövcuddur.
"1991-ci il 30 dekabrda Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. 1992-ci ilin fevralında iki ölkə arasında diplomatik əlaqələr quruldu".
S.Şərifov qeyd edib ki, ölkələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər:
"Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan Səudiyyə Ərəbistanının bu məsələdəki prinsipial mövqeyini yüksək qiymətləndirir".

Tehsil-press.az

Oxşar xəbərlər