Hindistanın Odişa ştatının Balasor rayonunun Bahanaqa stansiyası yaxınlığında baş vermiş dəmir yolu qəzasının səbəbi elektron blokirovka sistemindəki dəyişiklik olub.
Bu barədə ANI agentliyi Hindistanın dəmir yolu, kommunikasiya və informasiya texnologiyaları naziri Aşvini Vaişnauya istinadla məlumat yayıb. “Biz hadisənin səbəbini və buna görə məsuliyyət daşıyan şəxsləri müəyyən etmişik. Bu, elektron blokirovkada dəyişikliklə əlaqədar baş verib”, - deyə nazir bildirib. Lakin nazir hərəkətin təhlükəsizliyi sisteminə daxil olan elektron blokirovkada dəyişikliyin baş verməsinin səbəbini və buna kimin cavabdeh olduğunu açıqlamayıb.
Xatırladaq ki, hadisə iyunun 2-də yerli vaxtla axşam saat 19:20 radələrində Balasor rayonunun Bahanaqa stansiyası yaxınlığında baş verib. Kolkatadan Çennay şəhərinə gedən sərnişin qatarı relsdən çıxaraq əks istiqamətdəki Benqaluru-Hovrah sərnişin qatarı və dəmir yüklü qatara çırpılıb. Hadisə nəticəsində 294 nəfərin öldüyü bildirilir.
Tehsil-press.az