Bakı-Tbilisi-Qars yolu ilə daha bir qatar yola salındı

Bakı-Tbilisi-Qars yolu ilə daha bir qatar yola salındı Bakı-Tbilisi-Qars dəmir yolu ilə daha bir yük qatarı yola salınıb.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyənin Mersin limanına yola salınan ilk yük qatarı artıq həmin yolla geri göndərilib. Türkiyənin Mersin limanında həmin blok qatar yüklənərək, Qazaxıstana yola salınıb. Bununla bağlı Mersində keçirilən tədbirdə Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt, Mersin Şəhərinin valisi, “ADY Express” və “KTZ Express” şirkətlərinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Dəmir yolu xəttinin ümumi uzunluğu 846 kilometr təşkil edir ki, bunun da 504 kilometr Azərbaycan, 263 kilometr Gürcüstanın və 79 kilometr Türkiyənin payına düşür.

Tehsil-press.az


Oxşar xəbərlər