Hava Şarları Festivalının Təşkilat Komitəsi bir sıra KİV-in suallarını cavablandırıb.
Budəfəki festivalı hər kəs izləyə bilsə də, uçuşlara yalnız Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş şəxslər qatıla biləcək.
Lakin gələcəkdə bu prosesin biletlə həyata keçirilməsi gözlənilir. Kommersiya uçuşlarına biletlərin qiymətinə gəlincə isə Təşkilat Komitəsi hazırda digər ölkələrdə belə uçuşlara qiymətlərin yüksək olduğunun müşahidə edildiyini bildirir: “Digər ölkələrdə də müşahidə olunur ki, bu növ əyləncələrə qiymətlər adətən yüksək olur. Azərbaycanda biletlərin qiymətlərinin daha münasib olmasına çalışırıq. Yekun qərarı isə, təbii ki, müvafiq məlumatları topladıqdan sonra paylaşa biləcəyik.”
Qeyd edək ki, iyunun 17-18-də Azərbaycanda- Şamaxıda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.
Tehsil-press.az