ADPU-da ali məktəb tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirilib

ADPU-da ali məktəb tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirilib Mayın 10-da müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tamam olur. Ulu Öndərimizin anadan olmasının 94-cü ildönümü münasibətilə və Onun xatirəsinə ehtiram əlaməti olaraq respublikamızın ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbə və şagirdləri arasında bədii yaradıcılıq festivalı keçirilir. Bu bədii yaradıcılıq festivalı Təhsil Nazirliyi (TN) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) birgə müvafiq qərarı əsasında keçirilir. Bədii yaradıcılıq festivalının keçirilməsində əsas məqsəd tələbə-gəncləri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Festivalın keçirilməsi üçün 5 nəfərdən ibarət Təşkilat Komitəsi və tərkibinə xalqımızın tanınmış incəsənət və mədəniyyət xadimlərinin daxil edildiyi 8 nəfərdən ibarət Münsiflər Heyəti yaradılmışdır.
Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin tələbələrinin iştirakı ilə bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov tələbələrin çıxışlarını dinləyib. Festivalın baxış-müsabiqəsində ADPU-nun tələbə-gənclərinin yüksək səviyyədə ifa etdikləri rəngarəng şeir və musiqi nömrələri diqqəti cəlb edib. Məlumat üçün bildirək ki, festival qaliblərinin yekun konsertinin may ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, qaliblər Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri, mükafatları ilə təltif ediləcəklər.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da ali məktəb tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış-müsabiqəsi keçirilib

Oxşar xəbərlər