Xerson vilayətinin bir hissəsində uzunmüddətli komendant saatı başlayıb

Xerson vilayətinin bir hissəsində uzunmüddətli komendant saatı başlayıb Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində iyunun 13-dən 19-dək uzunmüddətli komendant saatı elan edilib.
Bu barədə Kaxovka Su Elektrik Stansiyasında bəndin dağılmasının nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahın Telegram kanalında bildirilir. Məlumata görə, bölgədə hərəkət məhdudiyyəti saat 15:00-dan ertəsi gün saat 12:00-dək qüvvədə olacaq.
Operativ qərargahın məlumatına görə, sakinlər saat 12:00-dan 15:00-dək humanitar yardımların verilməsi üçün xüsusi təchiz olunmuş məntəqələrdən dərman, ərzaq və içməli su ala bilərlər.
Ukrayna Daxili İşlər Nazirliyi Kaxovka su elektrik bəndinin dağıdılmasından sonra baş verən daşqınlar nəticəsində azı 10 nəfərin öldüyünü, 41 nəfərin isə itkin düşdüyünü təsdiqləyib. Həmçinin bildirilir ki, Xersonda yerli həkimlərlə yanaşı, İsraildən olan könüllülər də zərərçəkənlərə tibbi yardım göstərirlər. Su basmış ərazilərin daim atəşə tutulmasına baxmayaraq, insanların təxliyəsi və müalicəsi davam edir.

Tehsil-press.az



Oxşar xəbərlər