Ukrayna Xersonu vurdu, 7 ölü, 80 yaralı - Video

Ukrayna Xersonu vurdu, 7 ölü, 80 yaralı - Video Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.
Bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.
Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib.
Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.



Tehsil-press.az

Oxşar xəbərlər