“Sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək” - Ərdoğan

“Sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək” - Ərdoğan “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında bildirib.
Ərdoğan qeyd edib ki, qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək:
"Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk. Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik".
Qeyd edək ki, Türkiyə Prezidenti iyunun 12-13-də Azərbaycanda rəsmi səfərdə olub.

Tehsil-press.az





Oxşar xəbərlər