Ərdoğan Paşinyanla danışdı

Ərdoğan Paşinyanla danışdı Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər iki ölkə arasında münasibətlərin nizamlanması prosesinin vacibliyini vurğulayıblar.
“Qeyd edilib ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, - məlumatda deyilir.
Həmçinin Paşinyan və Ərdoğan iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər