“Münasibətlərimiz dünyada qibtə ilə izlənilir”

“Münasibətlərimiz dünyada qibtə ilə izlənilir” “Can Azərbaycanla münasibətlərimiz dünyada qibtə ilə izlənilir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından dərhal sonra verdiyi açıqlamada bildirib.
“Biz qardaşlarımızı ehtiyac duyduğumuz hər zaman yanımızda görürdük. Zəlzələlərdən sonrakı Azərbaycanın həmrəyliyini heç vaxt unuda bilmərik. Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq. Xüsusən də qardaşım İlhamın dəstəyi ürəyimizin ən yüksək yerindədir. Qardaşım İlham Əliyevlə görüşlərimizdə ikitərəfli inkişafı artıracaq yeni qərarlar qəbul etdik. Biz Türkiyə-Azərbaycan universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Biz regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı qəti mövqeyimizi yeniləmişik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər