Birləşmiş Ştatlar Rusiya ilə nüvə müharibəsinə çox yaxındır və hazırda ABŞ ölkənin tarixində ən təhlükəli dövrünü yaşayır.
ABŞ-ın sabiq prezidenti Donald Tramp bu fikri Fox News telekanalına müsahibəsində səsləndirib. “Hazırda Amerika tarixinin ən təhlükəli dövrünü yaşayırıq. Biz Rusiya ilə nüvə müharibəsinə çox yaxınıq”, - deyə o bildirib.
Şimali Koreyanın nüvə silahı ilə bağlı vəziyyət kontekstində danışan Donald Trampın fikrincə, ABŞ prezidenti postunda Barak Obama və ya Hillari Klinton olsaydı, KXDR ilə nüvə müharibəsi qaçılmaz olacaqdı.
İyunun 11-də Corciya ştatında çıxış edən Amerikanın sabiq dövlət başçısı deyib ki, atom silahının tətbiqinə gətirib çıxaracaq III Dünya müharibəsinin qarşısını yalnız o ala bilər.
Tehsil-press.az