ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi ayırır

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi ayırır ABŞ hakimiyyəti Ukraynaya 325 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırır.
Buraya HIMARS reaktiv raket sistemləri, artilleriya mərmiləri və tank əleyhinə sistemlər üçün sursatlar daxildir.
Pentaqonun açıqlamasında bildirilir ki, paketdə HIMARS üçün əlavə döyüş sursatları, 155 mm və 105 mm-lik top mərmiləri, TOW tank əleyhinə raket sistemləri, AT-4 tank əleyhinə sistemlər, tank əleyhinə minalar və digər vasitələr yer alır.
Bundan əlavə, ABŞ Ukraynaya 4 maddi-texniki dəstək maşını, 9 milyondan çox atıcı silah, dəqiq idarə olunan aviasiya sursatları, avadanlıqların təmiri üçün avadanlıq, ehtiyat hissələri və digər vasitələr ötürmək niyyətindədir.
ABŞ hərbi departamentinin məlumatına görə, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri ABŞ-nin Ukraynaya hərbi yardımının ümumi həcmi 35,4 milyard dollar, 2014-cü ildən isə 38,1 milyard dollar təşkil edib.

Tehsil-press.az



Oxşar xəbərlər