Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.
Test imtahanları 13 şəhərdəki 23 imtahan mərkəzində təşkil olunub.
İmtahan üçün müəllimlərə 120 dəqiqə vaxt ayrılıb. Bir çox müəllim imtahanda sualları vaxtından əvvəl cavalandırmağı bacarıb. Müəllimlər arasında maksimum (60) bal toplayanlar da olub.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, bir müəllimin imtahan nəticəsi digərindən yüksəkdirsə, bu, ona daha yüksək əmək haqqı almaq imkanı qazandıracaq:
"60 baldan 51-ni toplayan müəllimlərin əmək haqqına hər ay 35 faiz əlavə olacaq. Bu prosesi uğurla tamamlamış, lakin balları 30-50 arası olan müəllimlərin isə əmək haqqına 10 faiz əlavələr ödəniləcək".
Tehsil-press.az