Peşə məktəblərinin müəllimləri sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırılıb

Peşə məktəblərinin müəllimləri sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırılıb Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat xarakterli görüş keçirilib.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə müsbət təsirlərindən danışılıb.
Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb.
Görüşdə, həmçinin sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səsləndirilib, müzakirələr aparılıb.
Qeyd edək ki, peşə təhsil müəssisələrində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədris verən 79 müəllimin növbəti günlərdə sertifikasiya prosesinə cəlb edilməsi planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər