Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov universitetdə təsis olunan tədqiqatçı-müəllim vəzifəsi ilə bağlı feysbuk səhifəsində fikirlərini paylaşıb.
Rektor statusda ciddi tədqiqatları ilə seçilən müəllimlərə verilən üstünlükləri diqqətə çatdırıb.
“UNEC-də artıq bir neçə ildir ki, müəllim vəzifəsi ilə yanaşı, həm də tədqiqatçı-müəllim vəzifəsi təsis edilib. Tədqiqatçı-müəllim statusu tədqiqatları ilə seçilən müəllimlərə verilir və “Google Scholar” vasitəsilə müəyyən edilir. Belə ki, son 6 ildə elmi əsərlərinə ümumi istinadların sayı 100-dən çox (bu zaman müəllifin bir əsərinə son 6 ildə özünə istinadların sayı 2-dən çox olmamalıdır) və h-indeksi 8-dən çox olan müəllimlərə tədqiqatçı statusu verilir. Obyektivlik və şəffaflıq tam təmin edilir. Tədqiqatçı statusu alan müəllimlərin maaşı 50 faiz artırılır”.
Tehsil-press.az