Kiyevdə ümumi səfərbərlik elan edilib

Kiyevdə ümumi səfərbərlik elan edilib "Bir çağırış sistemi" vasitəsilə ümumi səfərbərlik növbəsi İvano-Frankovskidən sonra Kiyevə də çatıb.
Bunu paytaxtın Obolonski rayonunun hərbi komissarlığının ərazi Mərkəzinin Facebook səhifəsində yayımlanan əmri sübut edir.
Əmrdə, xüsusən, hərbi komissarlığa 10 gün müddətində gəlmək öhdəliyindən bəhs olunur.
Tələb hətta şəxsi çağırış və ya səfərbərlik əmri almayanlara da aiddir.
Xatırladaq ki, bu günlərdə İvano-Frankivsk vilayətində ümumi səfərbərlik elan edilib. Yerli hərbi komissarlığın əmrində nəqliyyat vasitələrinin səfərbər edilməsi və hərbi komissarın icazəsi olmadan yaşayış yerinin dəyişdirilməsinin qadağan edilməsi barədə də danışılıb.
Bundan əlavə, bölgədə hərbi komissarlığın razılığı olmadan 18-59 yaş arası çağırış yaşlı kişilərin xəstəxanalara yerləşdirilməsi qadağan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər