UNEC-in Türk Dünyası İqtisad Fakültəsi 30 illik yubileyini qeyd edib

UNEC-in Türk Dünyası İqtisad Fakültəsi 30 illik yubileyini qeyd edib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) yaradılmasının 30 illik yubileyi qeyd olunub.
Yubiley tədbirində fakültənin kollektivi ilə yanaşı, fakültənin fəxri məzunu, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, türkdilli dövlətlərin elm və təhsil adamları, eləcə də digər qonarlar iştirak ediblər.
Fakültə dekanı professor Mehmet Yüce yubiley münasibətilə kollektivi təbrik edərək, əldə olunan uğurlardan və hədəflərdən söz açıb. Bildirib ki, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri professor Turan Yazgan tərəfindən yaradılan və 2 ixtisasla bakalavr qəbuluna başlayan fakültə hazırda 9 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. M.Yüce TUDİFAK brendinin öz təhsil keyfiyyəti ilə tanındığını və fakültə ilə qürur duyduğunu ifadə edib.
Rektor Ədalət Muradov TUDİFAK-ın kollektivini əlamətdar gün münasibətilə təbrik edərək, fakültənin formalaşmasında və əldə etdiyi uğurlarda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə fakültəni ən yüksək ortalama ilə bitirən 3 məzun təşəkkürnamələrlə təltif olunub. Fakültəyə göstərdiyi dəstəyə görə məzunlara “Təşəkkür” plaketləri təqdim olunub.
Yubiley tədbiri bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər