UNEC Orhun mübadilə proqramında iştirak edib

UNEC Orhun mübadilə proqramında iştirak edib Özbəkistanın Kokand Universitetinin alimləri Orhun mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
Öbəkistanlı alimlər Boburmizo Kursanaliyev və Abbasxon Yusupov universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı, Türk Dünyası İqtisad Fakültəsinin dekanı professor Mehmet Yüce, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Turan Süleymanov ilə görüşüb, əməkdaşlıq haqqında müzakirələr aparıblar.
Səfər çərçivəsində alimlər Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində, “SABAH” qruplarında mühazirələr deyiblər.
Xatırladaq ki, Orhun mübadilə proqramı Türk Keneşi Türk Universitetlər Birliyinin təşəbbüsü ilə yaradılan və üzv universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini dəstəkləyən proqramdır.
Proqram çərçivəsində türk dünyası ölkələrinin ali təhsil müəssisələri arasında inteqrasiya və əməkdaşlığın inkişafı nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər