Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illik yubileyinə həsr olunmuş “Müasir gənclik və rəqəmsal kitabxana” mövzusunda tədbir keçirilib.
ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova fakültənin kollektivini, tələbə və məzunlarını təbrik edib.
Tədbirin moderatoru - Azİİ e-Kitab Evinin direktoru, Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu Səlahət Mahmudova müasir cəmiyyətdə kitabxanaçılıq və informasiya fəaliyyətinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu sahədə kadr hazırlığında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi xüsusi mövqeyə malikdir.
“Fakültə sahə üzrə elmi mərkəz kimi də nüfuz qazanıb. Bu günə qədər fakültəni 6 mindən çox məzun bitirib, onlar ölkənin bütün kitabxana-informasiya strukturlarında səmərəli fəaliyyət göstərirlər”,- deyə S.Mahmudova qeyd edib. O vurğulayıb ki, rəhbərlik etdiyi qurumun əməkdaşlarının əksəriyyəti məhz bu fakültənin məzunlarıdır.
Tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, dekan müavini Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, Sevda Xələfova, Biblioqrafiyaşünaslıq kafedrasının magistrantı Lamiyə Əliyeva çıxış edərək fakültənin tarixi, bu günü, gələcəyi və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Çıxış edənlər fakültənin 60 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinə görə ADNSU-nun rəhbərliyinə təşəkkürünü bildiriblər.
Yubiley tədbiri Azİİ e-Kitab Evi ilə tanışlıqla davam edib, iştirakçılara Azİİ e-Kitab Evinin proqram və sistem təminatı, eləcə də 24/7 fəaliyyəti barədə məlumat verilib.
Sonra BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tehsil-press.az