Danimarka ukraynalı pilotların F-16 təlimlərinə başlayır

Danimarka ukraynalı pilotların F-16 təlimlərinə başlayır Danimarka Ukrayna pilotlarına F-16 təlimi verməyə başladıqlarını açıqlayıb.
Bu haqda Danimarka Müdafiə Naziri vəzifəsini icra edən Troels Lund Poulsen milli DR telekanalına etdiyi çıxışında danışıb.
Poulsen bildirib ki, Ukraynaya F-16 yardımı edə bilmək üçün ukraynalı pilotlar bu sahədə 6-8 aylıq təlim keçməlidirlər.
Danimarka donanmasında olan F-16 təyyarələrini əvəz etmək üçün 27 F-35A təyyarəsi sifariş edib. Yeni döyüş təyyarələrinin 2023-cü ilin sonundan Danimarka Silahlı Qüvvələrinin inventarına daxil olacağı gözlənilir.
Qeyd edək ki, Ukraynaya F-16-ların tədarükü üçün Niderland və Danimarka başda olmaqla ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.

Tehsil-press.az



Oxşar xəbərlər